Yuxarı
    Bağlamaq

    “Neftçi”nin hücumçusu: “Hər iki komandanın futbolçuları oyundan soyudular”

    Bakı. 11 noyabr. REPORT.AZ/ “Qeydə alınan nəticəni Avropa Liqasında “Uypeşt”ə məğlubiyyətlə müqayisə etməzdim. Fərqli vəziyyətlərdir. Orada mübarizəni dayandırdıq, burada isə çempionat davam edir. Liderik, sona qədər başımızı dik tutub mübarizə aparacağıq”.

    “Report” xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Dario Federiko Azərbaycan Premyer Liqasının XI turunda “Zirə” ilə 2:2 hesablı heç-heçədən sonra söyləyib. 27 yaşlı hücumçunun sözlərinə görə, paytaxt təmsilçisi qələbəni əldən verib: “Çempionluq uğrunda mübarizə aparırıq və hər oyun bizim üçün çətin keçir. Matçlara hazırlaşanda rəqiblər arasında fərq qoymuruq. “Zirə” sona qədər oynadı və qələbəni əldən verdik”.

    Matçın gedişində “Neftçi”nin məşqçisi Fizuli Məmmədov huşunu itirib, “Zirə”nin qapıçısı Anar Nəzirovun isə dili qatlanıb. Braziliyalı forvard bildirib ki, bu olaylar futbolçulara da təsir edib: “Qol vurduğumuz vaxt məşqçimizin səhhətində problem yarandı. Bu, elə də çox təsir etmədi. Amma rəqibin qapıçısı meydanı tərk edəndan sonra hər iki komandanın futbolçuları oyundan soyudular. İki dəfə önə keçməyimizə rəğmən, hesabı qoruya bilməməyimizə gəlincə, bəxtsizlikdən qollar buraxdıq. Futbolda belə şeylər olur. Öndə olduğumuz üçün hesabı qorumağa çalışırdıq. Amma rəqibin epizodu oldu və fərqləndilər”.

    Qeyd edək ki, “Neftçi” hazırda turnir cədvəlində 26 xalla liderdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi