Yuxarı

"Neftçi"nin futbolçusuna tətbiq edilmiş şərti cəza qüvvəyə minib

Karlos Kardozo Premyer Liqanın sonuncu turunda oynaya biləcək

Bakı. 28 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsinin "Neftçi"nin futbolçusu Karlos Kardozoya aprelin 7-də tətbiq etdiyi 2 oyunluq şərti cəza qüvvəyə minib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna braziliyalı müdafiəçinin sınaq müddətində yenə qırmızı vərəqə alması səbəb olub. 

Topaz Premyer Liqasında XXXI turunun “Qarabağ”la matçında Kardozo 75-ci dəqiqədə idmançıya yaraşmayan hərəkəti qarşılığında ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, təcrübəli futbolçu 1 oyun cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. Digər tərəfdən, İntizam Komitəsinin 7 aprel tarixli qərarı ilə Kardozo iki oyunu şərti olmaqla, 3 oyun cəzalandırılmışdı. Lakin futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza avtomatik olaraq qüvvəyə minib.

Qeyd edək ki, Karlos Kardozo Premyer Liqada "Sumqayıt", "İnter" və "Bakı" ilə görüşlərdə meydana çıxa bilməyəcək. O, yalnız son turda AZAL-la qarşılaşmada komandasına kömək edə biləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi