"Neftçi”nin əvəzedici komandasının baş məşqçisi müəyyənləşib

"Neftçi”nin əvəzedici komandasının baş məşqçisi müəyyənləşib Bakı. 12 iyun. REPORT.AZ/ Neftçi” klubunun əvəzedici komandasına baş məşqçi təyinatı olub.
Futbol
12 İyun , 2018 14:57
Neftçi”nin əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Neftçi” klubunun əvəzedici komandasına baş məşqçi təyinatı olub. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək. O, bir müddət əvvəl istefaya göndərilmiş Vadar Nuriyevi əvəzləyib. 

Qeyd edək ki, 1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarının formasını geyinib. "Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb və 1 qola imza atıb. 

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. O, UEFA-nın A kateqoriyalı məşqçisidir.

Son xəbərlər

Orphus sistemi