Bakı. 8 dekabr. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Cavid İmamverdiyev zədələnib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi 10-14 gün yaşıl meydanlardan kənarda qalacaq. İyirmi altı yaşlı yarımmüdafiəçiyə sağ ayaq baldır əzələsinin dartılması diaqnozu qoyulub.
Komandanın digər zədəli üzvü yarımmüdafiəçi Elşən Abdullayev isə ağır zədədən sonra müalicəsini davam etdirir. Onun meydanlara qayıdacağı vaxt hələ dəqiqləşməyib.