"Neftçi"nin baş məşqçisinin köməkçilərindən biri italiyalı, qalanları azərbaycanlı olacaq

"Neftçi"nin baş məşqçisinin köməkçilərindən biri italiyalı, qalanları azərbaycanlı olacaq Bakı. 8 iyun. REPORT.AZ/ Klubdakı transferlər tək məndən asılı olmayacaq.
Futbol
8 İyun , 2018 17:15
Neftçinin baş məşqçisinin köməkçilərindən biri italiyalı, qalanları azərbaycanlı olacaq
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ "Klubdakı transferlər tək məndən asılı olmayacaq".

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun idman direktoru Ceyhun Sultanov yeni baş məşqçi Roberto Bordinin təqdimat mərasimində deyib. 

Sultanov yerli futbolçuların transferlərini böyük ölçüdə yekunlaşdırdıqlarını sözlərinə əlavə edib: "Legionerlərlə bağlı təkliflər məndən gələcək. Qərarları isə baş məşqçi verəcək. O, hansı futbolçuları seçəcəyini özü müəyyənləşdirəcək.

Klub rəsmisi Bordinin fiziki hazırlıq üzrə köməkçisinin italiyalı, digər köməkçilərinin isə yerli mütəxəssislərdən ibarət olacağını sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi