"Neftçi"nin baş məşqçisi Ukraynada PRO kateqoriyasına yiyələnib

"Neftçi"nin baş məşqçisi Ukraynada PRO kateqoriyasına yiyələnib "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi də müvafiq diploma sahib olub
Futbol
11 Fevral , 2017 16:19
Neftçinin baş məşqçisi Ukraynada PRO kateqoriyasına yiyələnib

Bakı. 11 fevral. REPORT.AZ/ “Neftçi” futbol klubunun əvəzedici komandasının baş məşqçisi Samir Əliyev Ukraynada təşkil olunmuş UEFA-nın PRO kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc mütəxəssisə müvafiq diplom təqdim olunub.

Onunla yanaşı, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Elbrus Məmmədov da PRO kateqoriyasına yiyələnib. 

Qeyd edək ki, azərbaycanlı məşqçilərdən əlavə, Aleksandr Babiç, Marius Levandovski, Volodimir Mazyar, Milan Obradoviç, Dario Srna, Anatoli Timoşuk kimi tanınmış simalar da PRO kateqoriyalı lisenziyaya layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi