​"Neftçi"nin baş məşqçisi "Pro" kateqoriyalı məşqçilik kurslarına qatılacaq

​"Neftçi"nin baş məşqçisi "Pro" kateqoriyalı məşqçilik kurslarına qatılacaq Ukraynada keçiriləcək məşqçilik kurslarının ilk mərhələsi 16-20 noyabr tarixləri aralığında təşkil olunacaq
Futbol
5 Noyabr , 2015 19:51
​Neftçinin baş məşqçisi Pro kateqoriyalı məşqçilik kurslarına qatılacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün "Neftçi"yə Ukrayna Futbol Federasiyasından məktub daxil olub. "Report"un məlumatına görə, məktubda bildirilib ki, komandanın baş məşqçisi Samir Əliyev 4 noyabr tarixində Ukraynada baş tutmuş dinləmələrdən uğurla keçərək "Pro" kateqoriyalı məşqçilik kurslarına cəlb edilib.

Ukraynada keçiriləcək məşqçilik kurslarının ilk mərhələsi 16-20 noyabr tarixləri aralığında təşkil olunacaq.

Qeyd edək ki, AFFA tərəfindən növbəti "Pro" kateqoriyalı məşqçilik kursu 2017-ci ildə təşkil olunacağından, Samir Əliyevin Ukraynaya yollanması məqsədəuyğun hesab edilib.

Son xəbərlər

Orphus sistemi