"Neftçi"nin baş məşqçisi: "Moldovadakı 3:0 hesablı qələbə bizi aldatmamalıdır"

"Neftçi"nin baş məşqçisi: "Moldovadakı 3:0 hesablı qələbə bizi aldatmamalıdır" Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələrlə tez-tez rastlaşırıq. Ona görə də maksimum köklənib qələbə qazanmağa çalışacağıq.
Futbol
17 İyul , 2019 17:47
Neftçinin baş məşqçisi: Moldovadakı 3:0 hesablı qələbə bizi aldatmamalıdır

"Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələrlə tez-tez rastlaşırıq. Ona görə də maksimum köklənib qələbə qazanmağa çalışacağıq".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Bakıda Moldovanın "Sperantsa" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.

İtaliyalı mütəxəssis "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, ilk oyundakı 3:0 hesablı qələbə onları aldatmamaldır: "Moldovadakı görüşdə rəqib bizə çətinlik yaratmışdı. Bir neçə qol vəziyyətləri olsa da, qapıçımız Səlahət Ağayev dəf etmişdi. Bu gün məşqdən sonra start heyətini müəyyənləşdirəcəyik. "11-lik"də dəyişiklik olacağını indidən deyə bilmərəm. İlk qarşılaşmadakı kimi, yenə diqtə edən tərəf olmağa çalışacağıq. Aqressiv futbol sərgiləyib gözəl qələbə qazanmaq istəyirik".

Baş məşqçi zədəli Baqali Dabo və Soni Mustivar bizim üçün çox vacib oyunçudurlar. Soni artıq komanda ilə məşq edir, yüksək xarakterə malikdir. Sabah onu da əsas heyətdə görə bilərsiniz. Daboda da irəliləyiş var, bərpa prosesi keçir".

Bordin hazırda yeni transferlər haqqında yox, "Sperantsa" ilə oyun barədə düşündüyünü bildirib.

İtaliyalı mütəxəssis rəqib baş məşqçinin "Neftçi" kimi qalib gəlsəydik, bir həftə yatmazdım" atmacasına da münasibət bildirib: "Həmkarıma hörmətlə yanaşıram. Onun sözlərinə şərh vermək istəmirəm. Mənim üçün əsas gözəl oyun göstərməyimiz və qələbə qazanmağımızdır. Onunla şəxsi problemim yoxdur. Yalnız komandam haqqında fikirləşirəm".

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sperantsa" oyunu saat 21:00-da başlanacaq. "Ağ-qaralar" ilk matçda 3:0 hesabı ilə qalib gəliblər.

Son xəbərlər

Orphus sistemi