Yuxarı

"Neftçi"nin baş məşqçisi: "Matçın əvvəlində çətinlik yaşadıq"

​"Neftçi"nin baş məşqçisi: "Matçın əvvəlində çətinlik yaşadıq"

"Çətin oyun olacağını bilirdik. Futbolçularıma tapşırmışdım ki, rəqibə yuxarıdan aşağı baxmasınlar".

"Report"un məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Roberto Bordin Bakıda Moldovanın "Sperantsa" komandasını 6:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

İtaliyalı mütəxəssis "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, görüşün əvvəlində çətinlik çəkiblər:

"Bəziləri asan qələbə qazandığımızı düşünə bilər. Ancaq matçın əvvəlində çətinlik yaşadıq. Futbolçularımı oyuna köklənərək qalib gəldikləri üçün təbrik edirəm. Bu, bütün komandanın qələbəsidir. Oyunçuların hamısı özlərini yaxşı göstərdilər. İsmayıl Zülfüqarlı da gənc olmasına rəğmən, yaxşı çıxış etdi. Qol vurması mənim üçün hədiyyə oldu. Ulduz xəstəliyinə düşsə, onu tez sağaldarıq. Belə bir şeyin olacağına inanmıram. Verdiyimiz şansdan düzgün istifadə etməlidir. Öz üzərində çox çalışmalıdır. Hücumçumuz Rauf Əliyevin iki oyunda 9 qoldan heç birini vurmamağı bizim üçün pis siqnal deyil. O, komanda üçün faydalı oyandı. Ürəyimizcə olmayan başqa nüanslar var. Onların üzərində işləyəcəyik. Azərbaycan futbol tarixində ilk dəfə 6:0 hesablı ev qələbəsi qazandığımız üçün sevinirəm. Amma topu özümüzdə saxlamaqla bağlı problem var. Bunun üzərində çalışacağıq".

Bordin II təsnifat mərhələsində qarşılaşacaqları Rusiya "Arsenal"ı barədə də danışıb: "Rəqibi izləmək üçün adam göndərə bilərik. Bu haqda danışacağıq. Rəqibi izləmək üçün başqa vasitələrə də var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi