"Neftçi"nin baş məşqçisi: "Hər matçda böyük hesabla qalib gəlmək olmur"

"Neftçi"nin baş məşqçisi: "Hər matçda böyük hesabla qalib gəlmək olmur" Nəticədən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq.
Futbol
19 Aprel , 2019 20:51
Neftçinin baş məşqçisi: Hər matçda böyük hesabla qalib gəlmək olmur

"Nəticədən razı qaldım. Qarşımıza qoyulan məqsədə bir addım da yaxınlaşdıq".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, oyun çətin keçib: "Xüsusən də ilk yarıda çətinliklə üzləşdik. Hər iki komandanın qol imkanları oldu. Mirabdulla Abbasovun boşa verdiyi epizodu qeyd edərdim. Fasilədən sonra vəziyyəti dəyişdik. Rəqibin azlıqda qalması da xeyrimizə oldu. Qalib gəldiyimiz üçün sevinirəm. Ancaq bəzi futbolçularımızın zədələnməsi və sarı vərəqə limitini doldurmasına görə üzgünəm. Azarkeşlərimizə də təşəkkür edirəm". 

Bordin çempionluğun taleyinin son turda "Qarabağ"la matçda həll olunacağı fikri ilə razı olmadığını söyləyib: "Çempionatın sonu yaxınlaşır. Liderlə aramızda iki xal fərqi var. Hər oyunda rəqibin azlıqda qalması sayəsində bura gəlib çıxmamışıq. Hər matçda böyük hesabla qalib gəlmək olmur. Qarşıda hələ iki tur var. Ondan sonra "Qarabağ" haqqında düşünmək olar".

Son xəbərlər

Orphus sistemi