Yuxarı

​"Neftçi"nin baş məşqçi postu Vəli Qasımova həvalə olunub

Klub rəhbərliyi baş məşqçi Əsgər Abdullayevin istefasını qəbul edib

Bakı. 6 mart. REPORT.AZ/ "Neftçi" futbol klubunun rəhbərliyi baş məşqçi Əsgər Abdullayevin istefasını qəbul edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb.

Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub. 47 yaşlı mütəxəssis komandanı martın 9-da "Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxaracaq.

Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də "Qəbələ"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının oyunundan sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi