"Neftçi"nin "Bakcell Arena"ya dönəcəyi tarix bəlli olub

"Neftçi"nin "Bakcell Arena"ya dönəcəyi tarix bəlli olub Bakı. 17 avqust. REPORT.AZ/ Neftçi”nin ev oyunlarını keçirdiyi Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.
Futbol
17 Avqust , 2018 15:26
Neftçinin Bakcell Arenaya dönəcəyi tarix bəlli olub

Bakı. 17 avqust. REPORT.AZ/ "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu prosesin avqustun 19-da baş tutacaq ilk ev matçınadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib.

Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. “Ağ-qaralar” sentyabrın 16-da "Keşlə”ni məhz bu stadionda qəbul edəcək.

Qeyd edək ki, II tur çərçivəsində avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi