"Neftçi"nin Avropa Liqasındakı rəqibinin büdcəsi məlum olub

"Neftçi"nin Avropa Liqasındakı rəqibinin büdcəsi məlum olub Macarıstan təmsilçisinin ən bahalı fubolçusu isə Soma Novotnıdır
Futbol
10 İyul , 2018 13:03
Neftçinin Avropa Liqasındakı rəqibinin büdcəsi məlum olub
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ "Neftçi" klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhləsindəki rəqibi Macarıstan "Uypeşt"inin büdcəsi müəyyənləşib. 

"Report" 24.hu nəşrinə istinadən xəbər verir ki, "bənövşəyi-ağlar"ın ümumi dəyəri 6.23 milyon avrodur.

Macarıstan təmsilçisinin ən bahalı fubolçusu isə Soma Novotnıdır. Komandanın ən sərrast futbolçusu hesab olunan hücumçu 450 min avro dəyərində qiymətləndirilir. 

Nəşrin bildirdiyinə görə, "Neftçi"nin büdcəsi 6.3 milyon avrodur. Flaqmanın ən bahalı futbolçuları Soni Mustivar və Kirilo Petrovdur. Hər iki legioner 540 min avro dəyərindədir. 

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu "Dalğa Arena"da keçirəcək. Qarşılaşma saat 21:00-da başlanacaq. Cavab görüşü isə iyulun 19-da Budapeştdə olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi