Yuxarı

"Neftçi"nin Antalya toplanışında son rəqibi müəyyənləşib

Azərbaycan klubu Rumıniya çempionatının bürünc mükafatçısı ilə qarşılaşacaq

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanın "Neftçi" futbol komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışı zamanı son rəqibi müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, hazırlıq çərçivəsində 6-cı yoxlama oyunu Rumıniya çempionatının bürünc mükafatçısı "Petrolul"a qarşı olacaq.

Oyun yanvarın 23-də baş tutacaq.

Qeyd edək ki, qalan 5 yoxlama oyunu yanvarın 14-də "Hajer" (Səudiyyə Ərəbistanı), yanvarın 17-də "Fulad" (İran), yanvarın 20-də "Giju Rehne" (Çin), yanvarın 21-də "Volın" (Ukrayna) və yanvarın 23-də "Dinamo" (Moskva, Rusiya) klubunun 23 yaşadək futbolçulardan ibarət komandasına qarşı olacaq. Bütün görüşlər Mardan İdman Kompleksinin stadionunda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi