"Neftçi"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Neftçi"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq Klubun Tibbi-Bərpa Mərkəzi zədəlilərin vəziyyətinə dair məlumat yayıb
Futbol
27 Yanvar , 2017 14:15
Neftçinin 2 futbolçusu Qarabağa qarşı oynamayacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ “Neftçi” klubunun 2 futbolçusu "Qarabağ"la Azərbaycan Premyer Liqasının XV tur matçında meydana çıxmayacaq. 

"Report"un məlumatına görə, bu barədə klubun Tibbi-Bərpa Mərkəzinin yaydığı açıqlamada bildirilir. 

Həmin oyunçular müdafiəçi Elvin Bədəlovla yarımmüdafiəçi Edson Kastilyodur. O, diz oynağının iltihabı səbəbindən müalicə olunur. Onun yaxın günlərdə məşqlərə qatılacağı gözlənilir. Yarımmüdafiəçi Edson Kastilyo sağ diz oynaq bağının dartılması və hissəvi qopması səbəbindən 3 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, yanvarın 29-da "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 17:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi