Yuxarı
    Bağlamaq

    ​"Neftçi" klubunun Müşahidə Şurasının iclası keçirilib

    Bir ildə görülmüş işlər barədə geniş hesabat təqdim edilib

    Bakı. 15 aprel. REPORT.AZ/ "Neftçi" klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda Müşahidə Şurasının təsis olunmasından indiyədək ötən bir ildə görülmüş işlər barəsində geniş hesabat təqdim edilib.

    İlk olaraq klubun icraçı direktoru Elnur Məmmədov klubun inkişaf strategiyasına uyğun olaraq, tərəfdaş və sponsorlarla əməkdaşlıq, ali təhsil ocaqları, orta məktəblər və azarkeşlərlə iş, ev oyunlarının təşkili, könüllülük sisteminin tətbiqi, Avropa Klublar Assosiasiyasındakı (ECA) üzvlük fəaliyyəti, klubun futbol akademiyasının işinin təşkili, mövsüm ərzində keçirilmiş təlim-məşq toplanışları, məşqçilərin inkişafı, media və ictimaiyyətlə qurulmuş əlaqələr və ən əsası, klubun yeni təlim-məşq bazasında görülən işlərlə əlaqədar geniş məlumat verib. Təqdimatdan sonra Müşahidə Şurası görülən işləri qənaətbəxş hesab edib və gələcək üçün təlimatlarını verib.

    İclas zamanı müzakirə olunan digər mühüm məsələ əsas komandanın ölkə çempionatında və kubokundakı çıxışı olub. Klubun idman direktoru və baş məşqçi səlahiyyətlərini icra edən Vəli Qasımov əsas komandanın ümumi vəziyyəti və mövcud olan problemlər barədə klub rəhbərliyinə hesabat verib. Növbəti turlarda komandanın uğurlu çıxışı və turnir cədvəlində mümkün qədər irəliləməsi, eləcə də kubok oyunlarına ciddi hazırlaşmaq qarşıya məqsəd qoyulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi