"Neftçi" klubunun futbolçusu üzr istəyib

"Neftçi" klubunun futbolçusu üzr istəyib Erik Ramos: "Belə etməməli idim"
Futbol
17 Noyabr , 2014 11:25
Neftçi klubunun futbolçusu üzr istəyib
Bakı. 17 noyabr. REPORT.AZ/ “Neftçi” klubunun futbolçusu Erik Ramos "Bakı" komandası ilə yoxlama matçında Nurlan Novruzova bilərəkdən endirdiyi zərbəyə görə üzr istəyib. "Report"un məlumatına görə, paraqvaylı yarımmüdafiəçi son məşqdən öncə üzrxahlığını klub rəhbərliyi, məşqçilər heyəti, komanda yoldaşları və azarkeşlərə çatdırıb.

“Yoxlama oyununda rəqib futbolçu mənə qarşı iki təhrikedici hərəkət etdi və nəticədə emosiyalarımı cilovlaya bilmədim. Bütün hallarda özümə haqq qazandırmıram. Hazırlıq oyunu olmasına baxmayaraq, belə etməməli idim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin” - deyə, Ramos klubun rəsmi saytına bildirib.

Qeyd edək ki, noyabrın 13-də baş tutmuş qarşılaşmada "Bakı" "Neftçi"yə böyük hesabla uduzub - 1:4.

Son xəbərlər

Orphus sistemi