Yuxarı

​"Neftçi" klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib

Komanda Zirəni Masazırda qəbul edəcək

Bakı. 11 avqust. REPORT.AZ/ "Neftçi" klubunun müvəqqəti olaraq ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın II turunda "Zirə" ilə ev oyununu Masazır qəsəbəsində yerləşən "Əlincə" stadionunda keçirəcək.

Hələlik Peşəkar Futbol Liqası Premyer Liqanın təqvimini tam açıqlamadığından növbəti turlarla bağlı qərar verilməyib.

Qeyd edək ki, "Qəbələ" və "Neftçi" Avropa Liqasındakı ev oyunlarını "Bakcell Arena"da keçirdiyindən stadionda renovasiya işləri görülməyib. Hava şəraitinin isti keçməsi stadionda renovasiya işlərinin görülməsi zərurətini meydana çıxarıb. "Qəbələ" və "Neftçi" nümayəndələri avqustun 9-da arenanın ot örtüyünə baxış keçirərək burada oyunların keçirilməsini məqsədəuyğun hesab etməyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi