​"Neftçi" klubunun baş məşqçisi istefa verib

​"Neftçi" klubunun baş məşqçisi istefa verib Samir Əliyevin vəzifəsi müvəqqəti olaraq Əsgər Abdullayevə həvalə olunub
Futbol
14 Noyabr , 2015 22:45
​Neftçi klubunun baş məşqçisi istefa verib

Bakı. 14 noyabr. REPORT.AZ/ “Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Report” klubun saytına istinadən xəbər verir ki, iclasda komandanın son oyunları əsas müzakirə mövzusu olub.

Bununla yanaşı iclasda baş məqşçi Samir Əliyevin Müşahidə Şurasına müraciətinə baxılıb. Samir Əliyev müraciətində diqqətini daha çox "Pro" kateqoriyalı məşqçilik kurslarına yönəltmək və bununla əlaqədar hazırki vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib. Müşahidə Şurasının iclasında Samir Əliyevin müraciəti qəbul edilib və komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub. Komandaya yeni baş məşqçi axtarışı klubun İcraçı direktoru Elnur Məmmədova və idman direktoru Vəli Qasımova tapşırılıb.

Samir Əliyev 04.11. 2015-ci il tarixdə Ukrayna Futbol Federasiyasında dinləmələrdən uğurla keçərək "Pro" kateqoriyalı məşqçilik kurslarına qəbul edilib. "Pro" kursları ilə əlaqədar Samir Əliyevin Ukraynaya ilk səfəri 16 noyabr tarixində baş tutacaq. Məlumat üçün bildiririk ki, UEFA-nın lisenziyalaşdırma qaydalarına əsasən klublarda əsas komandanın baş məşqçisinin “Pro” kateqoriyasına malik olması mütləqdir.

Son xəbərlər

Orphus sistemi