Yuxarı

"Neftçi" klubunun 80 illik yubileyi ilə əlaqədar xüsusi komitə yaradılıb

Klubun Müşahidə Şurasının növbəti iclası keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/ Aprelin 30-da "Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. "Report"un məlumatına görə, klubun inzibati binasında baş tutan toplantıda klubun növbəti mövsümdə keçiriləcək 80 illik yubiley tədbirləri və ən əsası əsas komandanın növbəti mövsüm üçün hazırlıq planları müzakirə mövzusu olub.

İsmət Qayıbov adına təlim-məşq bazasının "Neftçi”nin balansına verilməsi və yeni bazanın inşası, "Bakcell Arena”nın "Neftçi”nin idarəçiliyinə keçməsi, klubun 80 illik yubileyi ilə əlaqədar görüləcək işlərin həcminin çoxalması və klubda idarəetmə effktivliyinin artırılması məqsədi ilə qərara alınıb:

1. "Neftçi” PFK-nın idman direktoru ayrıca olaraq Müşahidə Şurasına tabe edilsin.

2. "Neftçi” PFK-nın "Media və İctimaiyyətlə Əlaqələr Departamenti” əlavə olaraq həm də Müşahidə Şurasına tabe edilsin.

3. "Neftçi” PFK-nın 2017-ci ildə qeyd olunacaq 80 illik yubileyi ilə əlaqədar olaraq xüsusi komitə yaradılsın. "Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev komitəyə sədr seçilib. Komitənin katibi vəzifəsini klubun icraçı direktoru Elnur Məmmədov yerinə yetirəcək. İlkin olaraq Müşahidə Şurasının üzvləri - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, Mehdi Nəcəfov, Səməd Qurbanov, Fərhad Bədəlbəyli və Bəhram Bağırzadə isə komitədə üzv funksiyasını icra edəcəklər. Qeyd edək ki, bu, komitə üzvlərinin ilkin siyahısıdır. Əlavə olaraq komitədə futbol ictimaiyyətinin tanınmış simaları da yer alacaqlar. Komitə üzvlərinin tam geniş siyahısı 1 ay ərzində müəyyənləşdiriləcək.

İclasdan sonra Müşahidə Şurasının üzvləri Qəbələyə yollanan komanda heyəti ilə görüşüblər. Komandanı yola salan rəhbərlik çempionat və kubok oyunlarında "Neftçi”yə uğurlar arzu edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi