“Neftçi” klubuna yeni sözçü təyin olunub

“Neftçi” klubuna yeni sözçü təyin olunub Bakı. 2 may. REPORT.AZ/ “Neftçi” PFK-nın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Futbol
2 May , 2018 18:19
“Neftçi” klubuna yeni sözçü təyin olunub

Bakı. 2 may. REPORT.AZ/ “Neftçi” PFK-nın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

"Report"un məlumatına görə, klub rəhbərliyinin qərarıyla bu posta Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq.

1987-ci il təvəllüdlü Rüstəm Əbülfət oğlu Allahverdiyev Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Mətbuat xidmətinin rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi