Yuxarı

"Neftçi" klubuna baş məşqçi təyin olunub

Klubun Müşahidə Şurasının iclası keçirilib

Bakı. 8 iyun. REPORT.AZ/ "Neftçi" futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi altında baş tutub. 

Toplantıda klubun gələcək fəaliyyəti, perspektiv planlar, seleksiya prosesi və "Neftçi"nin Avropa Liqasındakı çıxışı ilə bağlı ətraflı müzakirələr aparılıb. Klubun Avstriyada keçiriləcək təlim-məşq toplanışına və Avropa Liqasının təsnifat mərhələsi oyunlarına baş məşqçi Samir Əliyevin rəhbərliyi altında çıxması barədə qərar qəbul edilib.

Qeyd edək ki, "Neftçi"nin Müşahidə Şurası Azərbaycan Kubokunun finalında "Qarabağ"a 1:3 hesablı məğlubiyyətdən sonra Arif Əsədovun baş məşqçi vəzifəsindən istefaya göndərilməsi barədə qərar qəbul edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi