"Neftçi" klubu "Zirə" oyuna itkilərlə çıxacaq

"Neftçi" klubu "Zirə" oyuna itkilərlə çıxacaq Cavid İmamverdiyev, Mahir Şükürov və Araz Abdullayev oynamayacaq
Futbol
12 Dekabr , 2016 20:25
Neftçi klubu Zirə oyuna itkilərlə çıxacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ "Neftçi" klubunun zədəli futbolçusu Cavid İmamverdiyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə ilk oyununu buraxacağı gözlənilir. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sağ ayaq baldırından müalicəsini davam etdirən yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının AZAL-la oyununa qədər hazır olacaq.

Topuğundakı zədəsini müalicə etdirən müdafiəçi Mahir Şükürov da "Zirə" ilə ilk oyunu buraxacaq. O da komanda yoldaşı kimi AZAL-la oyuna qədər hazır olmalıdır. "Zirə" ilə oyunu buraxacaq futbolçuların siyahısında Araz Abdullayevin də adı var. Komandanın kapitanı sağ ayaq baldırından müalicə olunur. O, AZAL-la oyuna hazırlığı davam etdirəcək.

Sol ayaq baldırındakı zədədən müalicə olunmuş futbolçu Jonas Pessalli "Zirə"yə qarşı çıxış edəcək. Digər zədəli futbolçu Məqsəd İsayev sol ayaq baldırındakı zədədən müalicə olunur. Onun "Zirə" ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.

Son xəbərlər

Orphus sistemi