Yuxarı
    Bağlamaq

    "Neftçi" klubu yeni baş məşqçisini Serbiyada axtarır

    Paytaxt klubu Milan Rastavaça təklif göndərib

    Bakı. 23 dekabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarını Serbiyada aparır. "Report"un "Arena Sport"a istinadən verdiyi məlumata görə, Serbiyanın "Radniçki" komandasında çalışan Milan Rastavaç paytaxt təmsilçisində çalışa bilər.

    Artıq flaqman rəhbərliyinin serbiyalı mütəxəssisə telefon açaraq danışıqlar apardığı bildirilir. 42 yaşlı baş məşqçiyə cəlbedici təklif göndərilib. M.Rastavaçın tezliklə qərar verəcəyi gözlənilir. Çünki "Radniçki" qış təlim-məşq toplanışını İspaniyada keçəcək və komandanın kimin rəhbərliyi altında səfərə yollanacağı məlum deyil.

    Qeyd edək ki, Milan Rastavaç "Radniçki"dən başqa 23 yaşadək futbolçulardan ibarət Serbiya yığmasının da baş məşqçisidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi