Yuxarı

"Neftçi" klubu yeni baş məşqçisini iyunun 8-də təqdim edəcək

"Neftçi" klubu yeni baş məşqçisini iyunun 8-də təqdim edəcək
Müşahidə Şurası iki namizəd arasından seçim aparacaq

Bakı. 6 iyun. REPORT.AZ/ "Neftçi" futbol klubunun yeni baş məşqçisi iki namizəd arasından seçiləcək.  

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunlar rumıniyalı Marius Şumuditsa və italiyalı Roberto Bordindir. İyunun 7-də keçiriləcək Müşahidə Şurasının iclasında müzakirə aparılaraq yekun qərar qəbul olunacaq. Ertəsi gün isə "Neftçi" klubunun yeni baş məşqçisi ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edək ki, "Neftçi" mayın 31-də Tərlan Əhmədovla yollarını ayırdığını açıqlayıb. Marius Şumuditsa son olaraq Türkiyənin "Kayserispor" klubunda, Roberto Bordin isə Moldova "Şerif"ində baş məşqçi kimi çalışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi