"Neftçi" klubu xəstəxanada olan Mübariz Zeynalovla bağlı media nümayəndələrinə müraciət edib

"Neftçi" klubu xəstəxanada olan Mübariz Zeynalovla bağlı media nümayəndələrinə müraciət edib "Bu, təkcə klub və komandanın deyil, həm də xəbəri yayan mənbənin nüfuzuna zərbədir"
Futbol
27 İyul , 2015 17:25
Neftçi klubu xəstəxanada olan Mübariz Zeynalovla bağlı media nümayəndələrinə müraciət edib

Bakı. 27 iyul. REPORT.AZ/ “Neftçi” klubu bir müddətdir Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş Müşahidə Şurasının üzvü Mübariz Zeynalovla bağlı media nümayəndələrinə müraciət edib. "Report"un məlumatına görə, klub müraciətində media nümayəndələrini Zeynalovun xəstəxanaya yerləşmə səbəbləri ilə bağlı yayılan informasiyalara həssas və daha məsuliyyətli yanaşmağa çağırıb.

Qeyd olunur ki, xəbərləri xəstənin yaxınları da oxuyur. Bunları nəzərə alan "Neftçi" jurnalist etikasına riayət olunmasını xahiş edib: "Bu, təkcə klub və komandanın deyil, həm də xəbəri yayan mənbənin nüfuzuna zərbədir. Mübariz Zeynalova Allahdan şəfa diləyir, ona tezliklə sağalmağı arzulayırıq".

Qeyd edək ki, həkimlər Mübariz Zeynalovun vəziyyətini ağır stabil olaraq dəyərləndirirlər. Bəzi media orqanları onun "Neftçi" ilə Monteneqro "Mladost"u arasında Bakıda keçirilmiş Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra özünü pis hiss etdiyini və xəstəxanaya yerləşdirildiyini yazıb.  

Son xəbərlər

Orphus sistemi