​"Neftçi" klubu venesuelalı futbolçu ilə anlaşıb

​"Neftçi" klubu venesuelalı futbolçu ilə anlaşıb Futbolçu ilə bir illik müqavilə imzalanacaq
Futbol
16 İyun , 2016 09:32
​Neftçi klubu venesuelalı futbolçu ilə anlaşıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bakının "Neftçi" klubu heyətini venesuelalı futbolçu ilə gücləndirib.

"Report"un məlumatına görə, "Mineros Quayana" klubunun yarımmüdafiəçisi Edson Kostilya qarşıdakı bir il müddətində "ağ-qaralar"ın uğurları üçün çalışacaq.

22 yaşlı futbolçu dünən Türkiyəyə yollanıb və "Neftçi"nin toplanışına qatılıb.

E.Kostilya bildirib ki, "Neftçi"yə transferi ilə bağlı proses çox sürətlə olub: "Argentinalı biznesmen dostlar mənimlə əlaqə saxladılar, maraqlandılar. Mən də onlara videolarımı göndərdim və bəyənildim. "Mineres Quayana"nın baş məşqçisi Xose de Xesusa minnətdarlığımı bildirirəm. O mənə inandı, özümə güvən yarandı və oynadım. Mənim üçün etdiyi hər şeyə görə ona minnətdaram".

E.Kostilya ölkə çempionatının son mövsümündə 20 oyunda meydana çıxıb və bir qol vurub. 

Son xəbərlər

Orphus sistemi