"Neftçi" klubu səhmdarları ilə görüş keçirəcək

"Neftçi" klubu səhmdarları ilə görüş keçirəcək İclasda baş məşqçi Vəli Qasımovun postunda qalması da müzakirə olunacaq
Futbol
1 Sentyabr , 2016 12:23
Neftçi klubu səhmdarları ilə görüş keçirəcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Neftçi" yaxın bir neçə gün ərzində klubun ali idarəetmə orqanı olan səhmdarların iştirakı ilə illik toplantının keçirilməsini qərara alıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının avqustun 27-də keçirilmiş iclasına əsasən klub səhmdarlarının iştirakı ilə keçiriləcək toplantıda bir sıra məsələlərlə bağlı müzakirələrin aparılacağı və qərarların qəbul olunacağı gözlənilir.

Müzakirə olunacaq mövzular siyahısına klubda islahatların davam etdirilməsi, sabit və uzunmüddətli maliyyə sisteminin yaradılması istiqamətində işlərin davam etdirilməsi, Vəli Qasımovun əsas komandanın baş məşqçisi vəzifəsinin icrasını davam etdirməsi, idman strukturundakı islahatlar, ictimaiyyətlə görüş və klubun 80 illik yubileyi və 1966-cı ildə qazanılmış "bürünc” nailiyyətin 50 illiyi ilə bağlı tədbirlər planının təsdiq olunması daxildir.

Bütün bu məsələlərə rəhbərlik Müşahidə Şurasının sədri Çingiz Abdullayevə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi