​"Neftçi" klubu paytaxt derbisinə itkilərlə çıxacaq

​"Neftçi" klubu paytaxt derbisinə itkilərlə çıxacaq Flavinyo, Ernest Nfor və Məqsəd İsayev zədələnib
Futbol
30 Mart , 2015 16:10
​Neftçi klubu paytaxt derbisinə itkilərlə çıxacaq

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXVII turunda "Bakı" klubu ilə qarşılaşacaq "Neftçi" komandası oyuna 3 futbolçu itkisi ilə çıxacaq. Bu barədə "Report"a "ağ-qaralar"ın baş məşqçisi Arif Əsədov məlumat verib.

Onun sözlərinə görə, həmin oyunçular Flavinyo, Məqsəd İsayev və Ernest Nfordur. Baş məşqçi bildirib ki, M.İsayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsindən zədəli qayıdıb. Müdafiəçi millinin "Qarabağ"la yoxlama matçında dizindən zədə alıb. Onun diz bağlarından xəsarət aldığı güman olunur. Dəqiq diaqnoz tibbi müayinədən sonra qoyulacaq. A.Əsədov bildirib ki, istənilən halda futbolçu mövsümün sonunadək meydana çıxmayacaq.

Yerli mütəxəssis Flavinyonun məşqlərin birində zədələndiyini deyib. Bel ağrılarından əziyyət çəkən braziliyalı həftə sonunadək məşqlərə qoşulacaq. Nfor isə Belçikada müalicə kursu keçdikdən sonra Bakıya qayıdıb məşqlərə qoşulacaq. 

Son xəbərlər

Orphus sistemi