Yuxarı

​"Neftçi" klubu Mirhüseyn Seyidovla yollarını ayırıb

Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib

Bakı. 14 may. REPORT.AZ/ "Neftçi" klubu futbolçusu Mirhüseyn Seyidovla yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Neftçi” 23 yaşlı futbolçuya azad agent statusu verib. Klub futbolçunun müraciəti əsasında belə qərar verib.

"Neftçi"nin yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi