Yuxarı

"Neftçi" klubu "Levski"nin futbolçusunu transfer edir

Migel Bedoyanın alınmasını Anyete tövsiyə edib

Bakı. 10 may. REPORT.AZ/ Bolqarıstanın "Levski" komandasının futbolçusu Migel Bedoya "Neftçi"yə transfer oluna bilər. "Report"un "Meridian matç"a istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçinin "ağ-qaralar"a keçidində hazırkı oyunçusu Anyete vasitəçilik edir.

İspaniyalı orta sahə oyunçusu da ötən mövsüm "Levski"də çıxış edib və Bedoya ilə komanda yoldaşı olub. Həmyerlisi Bedoyanın alınmasını şəxsən onun özü tövsiyə edib. Təcrübəli futbolçunun Sofiya klubu ilə müqaviləsi yayda başa çatır və yeni müqavilə təklifinə hələ yekun cavab verməyib. 

Qeyd edək ki, Migel Bedoya "Levski" ilə 2014-cü ilin yayında 2 illik müqavilə bağlayıb. Ötən ay 30 yaşı tamamlanmış futbolçu 48 oyuna 11 qol vurub.        

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi