Bakı. 20 iyul. REPORT.AZ/ "Neftçi” klubu futbolçu Georgi Navalovski ilə yollarını ayırıb.
“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
O, karyerasını Rusiyanın “SKA-Xabarovsk” komandasında davam etdirəcək.
Qeyd edək ki, Georgi Navalovski ötən ilin dekabrında “Neftçi”yə keçib. O, "ağ-qara" forma ilə 13 oyuna çıxıb.