"Neftçi" klubu ispaniyalı hücumçu transfer edib

"Neftçi" klubu ispaniyalı hücumçu transfer edib Daniel Seqoviya “Neftçi”də 12 nömrəli formanı geyinəcək
Futbol
2 Fevral , 2017 13:00
Neftçi klubu ispaniyalı hücumçu transfer edib

Bakı. 2 fevral. REPORT.AZ/ “Neftçi” klubu qış transfer dönəmində sonuncu futbolçu transferini həyata keçirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı hücumçu Daniel Seqoviya ilə 1,5 illik müqavilə bağlanılıb. 

Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib. 

Daniel Seqoviya “Neftçi”də 12 nömrəli formanı geyinəcək.

Son xəbərlər

Orphus sistemi