Yuxarı

"Neftçi" klubu ilk transferini həyata keçirib - RƏSMİ

"Neftçi" klubu ilk transferini həyata keçirib - RƏSMİ
Qəbələdən ayrılan Aqil Məmmədovla müqavilə bağlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ “Neftçi” futbol klubu qış fasiləsində ilk transferini həyata keçirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qapıçı Aqil Məmmədovla mövsümün sonunadək müqavilə bağlanıb. 

Tərəflərin istəyinə əsasən, mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.

Qeyd edək ki, 28 yaşlı qapıçı 2015-2016-cı illərdə də “Neftçi”nin şərəfini qoruyub. Onun son klubu isə "Qəbələ" olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi