"Neftçi" klubu Haiti millisinin yarımmüdafiəçisi ilə müqavilə bağlayıb

"Neftçi" klubu Haiti millisinin yarımmüdafiəçisi ilə müqavilə bağlayıb O, yeni komandasında 93 nömrəli forma ilə çıxış edəcək
Futbol
27 Mart , 2018 16:51
Neftçi klubu Haiti millisinin yarımmüdafiəçisi ilə müqavilə bağlayıb

Bakı. 27 mart. REPORT.AZ/ 2018/2019 mövsümünə transfer hazırlıqlarına başlayan "Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

"Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Soni Mustivar ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb. O, yeni komandasında 93 nömrəli forma ilə çıxış edəcək. 

Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, "Bastiya” və "Orlean” klublarında çıxış edib. Rumıniyanın "Petrolul” və ABŞ-ın "Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış 28 yaşlı futbolçu Haiti milli komandasının şərəfini qoruyur. O, "Petrolul”la Rumıniya kubokunun, "Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.

Qeyd edək ki, Mustivar Liqa 1-də çıxış edən "Petrolul"un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu "Sportinq Kanzas Siti"də isə 76 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi