"Neftçi" klubu Gürcüstan yığmasının üzvünü transfer edib

"Neftçi" klubu Gürcüstan yığmasının üzvünü transfer edib 30 yaşlı müdafiəçi "ağ-qaralar"ın heyətində 29 nömrəli futbolka ilə çıxış edəcək
Futbol
27 Dekabr , 2016 12:18
Neftçi klubu Gürcüstan yığmasının üzvünü transfer edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakının "Neftçi" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 

"Report"un məlumatına görə, paytaxt təmsilçisi Gürcüstan millisinin üzvü Georgi Navalovski ilə anlaşıb.

30 yaşlı müdafiəçi "ağ-qaralar"ın heyətində 29 nömrəli futbolka ilə çıxış edəcək. Müqavilə müddəti açıqlanmır.

G.Navalovski Gürcüstanın "Dinamo” (Tbilisi), "Olimpi", "Dila", Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Energiya”, "Tosno”, Yunanıstanın "Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi