"Neftçi" klubu ECA-nın tamhüquqlu üzvü olub

"Neftçi" klubu ECA-nın tamhüquqlu üzvü olub Əvvəllər "ağ-qaralar" qurumun həqiqi üzvü idi
Futbol
5 İyul , 2017 14:27
Neftçi klubu ECA-nın tamhüquqlu üzvü olub

Bakı. 5 iyul. REPORT.AZ/ "Neftçi” futbol klubu Avropa Klublar Assosiasiyasının (ECA) tamhüquqlu üzvü statusuna yiyələnib. "Report"un məlumatına görə, növbəti iki il ərzində ECA-nın Baş Assambleyası çərçivəsində keçiriləcək seçkilərdə "Neftçi” səs hüququna malik olacaq.

Əvvəllər "ağ-qaralar" qurumun həqiqi üzvü idi. 

Qeyd edək ki, "Neftçi"dən başqa "Qarabağ" da ECA-nın tamhüquqlu üzvüdür. Qurumun Azərbaycandan daha bir üzvü isə "Şüvəlan"a çevrilən AZAL klubudur. 

Son xəbərlər

Orphus sistemi