Yuxarı
    Bağlamaq

    "Neftçi" klubu daha bir legionerlə müqaviləyə xitam verib

    Klub Vançe Şıkovla yollarını ayırıb

    Bakı. 15 dekabr. REPORT.AZ/ "Neftçi" klubu daha bir legionerilə müqaviləyə xitam verib.

    "Report" klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Vançe Şıkovla yollarını ayırıb.

    Makedoniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Mövsümün əvvəlində transfer edilmiş futbolçu "Neftçi”nin heyətində 9 oyunda meydana çıxıb.

    Qeyd edək ki, klub buna qədər Denilson Pereyra, Dario Melnyak və Katalin Tira ilə də müqaviləyə xitam verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi