Yuxarı

"Neftçi" klubu daha bir legioneri ilə yollarını ayırıb

Krşevan Santini ilə müqaviləyə xita verilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" komandası daha bir legioner futbolçusu ilə yollarını ayırıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı qapıçı Krşevan Santini ilə müqaviləyə xitam verib.

Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Mövsümün əvvəlində transfer edilən Santini "Neftçi”nin heyətində 12 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Neftçi" daha öncə Denilson Pereyra, Dario Melnyak, Katalin Tira və Vançe Şıkovla müqaviləyə xitam verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi