"Neftçi" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb

"Neftçi" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb Rəhman Hacıyev gələn mövsümün sonuna kimi komandada olacaq
Futbol
1 Noyabr , 2017 14:46
Neftçi klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb

Bakı. 1 noyabr. REPORT.AZ/ "Neftçi” klubu futbolçu Rəhman Hacıyevlə gələn ilin yanvarında bitəcək müqavilənin müddətini artırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bu gün 2018/2019 mövsümünün sonunadək olan anlaşmanı imzalayıb.

Qeyd edək ki, Rəhman Hacıyev 2015-ci ildən "Neftçi”də çıxış edir. Daha əvvəl flaqman İqnasio Herrera və Uqo Barqasla da yeni müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi