Yuxarı
    Bağlamaq

    "Neftçi" klubu braziliyalı futbolçunun sifariş ərizəsini PFL-ə təqdim edib

    Klub digər transferlərini sifariş etməyib

    Bakı. 15 oktyabr. REPORT.AZ/ "Neftçi" klubu yeni futbolçusu Jonas Enrike Pessallinin növbəti oyunlarda meydana çıxması üçün sifariş edib.

    Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

    26 yaşlı braziliyalı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 90 nömrəli forma ilə çıxış edəcək. Klub digər iki transferi - müdafiəçi Mahir Şükürov və serbiyalı qapıçı Boban Baykoviçin sənədlərini isə PFL-ə göndərməyib.

    Qeyd edək ki, mövsüm sonunadək "Neftçi"nin uğurları üçün çalışacaq Pessali "Qremio”nun yetirməsidir və karyerası ərzində "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi