"Neftçi" klubu "Bakı"nın sabiq məşqçisi ilə müqavilə bağlayıb

"Neftçi" klubu "Bakı"nın sabiq məşqçisi ilə müqavilə bağlayıb Neftçi” futbol komandasının məşqçilər korpusuna yeni təyinat olub.
Futbol
22 Yanvar , 2020 10:57
Neftçi klubu Bakının sabiq məşqçisi ilə müqavilə bağlayıb

"Neftçi” futbol komandasının məşqçilər korpusuna yeni təyinat olub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, 2013 - 2015-ci illərdə "Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe” "B” (2015-2016) və Çinin "Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.

Son xəbərlər

Orphus sistemi