Yuxarı
    Bağlamaq

    "Neftçi" klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqavilə bağlayıb

    Emin Mahmudov mövsümün sonuna qədər Neftçinin formasını geyinəcək© Neftchipfk.com

    Bakı. 18 sentyabr. REPORT.AZ/ "Neftçi” klubu Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovla münasibətlərini rəsmiləşdirib.

    “Report” paytaxt klubunun saytına istinadən xəbər verir ki, bir neçə gündür “ağ-qaralar”ın düşərgəsində yer alan 25 yaşlı yarımmüdafiəçi ilə 2017/2018 mövsümünün sonuna qədər müqavilə bağlanılıb. O, 8 nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, Rusiyanın "Saturn” klubunun yetirməsi olan Emin Mahmudovun sonuncu klubu Portuqaliya "Boavişta”sı olub. Mahmudov "Boavişta" ilə yollarını qarşılıqlı razılıq əsasında ayırıb. Yığma üzvü karyerası ərzində Rusiyanın “Spartak” (Moskva), “Tom”, “Krılya Sovetov” və “Mordoviya” klublarında da çıxış edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi