Bakı. 22 dekabr. REPORT.AZ/ Bakının "Neftçi" klubu AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakcell Arena"da "Zirə" ilə keçirdiyi Azərbaycan Kubokunun 1/4 final matçının 64-cü dəqiqəsində meydan sahibi azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi kluba 800 manata başa gəlib.
Həmin görüşdə Zirə təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
"Qəbələ" və "İnter"ə qarşı oyunlarda da eyni hal baş verdiyi üçün AZAL və "Kəpəz" də 800 manat cərimələnib.