"Neftçi" klubu audit şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Neftçi" klubu audit şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb Şirkət kluba müstəqil auditor xidməti göstərməklə yekun maliyyə hesabatını yoxlayacaq
Futbol
12 Yanvar , 2016 15:04
Neftçi klubu audit şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ "Neftçi" klubu audit və konsaltinq şirkəti olan "PwC" (PricewaterhouseCoopers) ilə müqavilə imzalayıb. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, şirkət kluba müstəqil auditor xidməti göstərməklə yekun maliyyə hesabatını yoxlayacaq.

"Neftçi"dən bildirilib ki, bununla klub səhmlərini satışa çıxarmaq istiqamətində vacib addım atmış olacaq. Yekun hesabatda klubun büdcəsi, maliyyə xərcləri və dəqiq rəqəmlər öz əksini tapacaq. Bu maliyyə şəffaflığının təmin edilməsi və gələcəkdə sponsorların cəlb edilməsində mühüm rol oynayacaq. Müstəqil auditor şirkətinin rəyi əsasında hazırlanmış yekun hesabat sayəsində iqtisadi münasibətlərin sağlam inkişafı üçün zəmin yaranacaq.

Müqaviləni klubun icraçı direktoru Elnur Məmmədov və "PwC Azerbaijan" şirkətinin idarəedici partnyoru Mövlam Paşayev imzalayıb. Tədbirdə "Neftçi"nin əməkdaşları da iştirak edib və "PwC" şirkətinin iş prosesi ilə tanış olub, onlara şirkətin fəaliyyət göstərdiyi sahələrlə bağlı geniş məlumat verilib.

Son xəbərlər

Orphus sistemi