Yuxarı

"Neftçi" klubu 5 futbolçu ilə yollarını ayırıb

Onların arasında Erik Ramos və Nikolas Kanales də var

Bakı. 19 iyun. REPORT.AZ/ 2015/2016-cı illər mövsümünün yekununda "Neftçi” ilə müqaviləsi bitmiş bəzi futbolçular qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar Aqil Məmmədov, Erik Ramos, Antonio Salas Quinta, Juan Alberto Melli və Nikolas Kanalesdir.

Məhəmməd Qurbanovla Mirabdulla Abbasovun digər kluba keçidi ilə bağlı proses hazırda davam edir. Həmin komandanın "Sumqayıt" olacağı gözlənilir.

Komandaya yeni cəlb olunmuş futboçulara gəlincə, iyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi təşkil olunacaq. Məhz bu tarix turnirdə mübarizə aparacaq klubların iştirak ərizəsini UEFA-ya təqdim etmələri üçün son gündür. Hazırda "Neftçi” ilə yeni transfer olunan futbolçular arasında sənədləşmə işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, sənədləşmə zamanı futbolçunun məxsus olduğu klubla, transfer edildiyi klub arasında TMS (Transfer Uyğunluğu Sistemi) məsələsi həll edilir. Bu sistemdə futbolçunun şəxsi sənədləri, müqavilə və s. yerləşdirilir. Daha sonra yerli federasiyaya transfer barədə məlumat verilir və futbolçuya Avrokuboklarda çıxış etməsi üçün beynəlxalq sertifikat təqdim edilir. Hazırda bütün bu proseslər yekunlaşmaq üzrədir və komandaya yeni cəlb edilmiş futbolçularla bağlı sabah ətraflı məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi