"Neftçi" klubu 2 legioneri ilə müqavilə müddətini uzadıb

"Neftçi" klubu 2 legioneri ilə müqavilə müddətini uzadıb İqnasio Errera və Uqo Barqasla mövsümün sonunadək yeni anlaşma əldə olunub
Futbol
13 Oktyabr , 2017 14:57
Neftçi klubu 2 legioneri ilə müqavilə müddətini uzadıb
Neftchipfk.com

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Neftçi" klubu 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar İqnasio Errera və Uqo Barqasdır. 

Çilili yarımmüdafiəçi və fransalı hücumçu ilə yeni anlaşma cari mövsümün sonunadək nəzərdə tutulub. Onların hazırkı müqaviləsi dekabradək idi. 

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının VIII turunda "Səbail"in qonağı olacaq. Oktyabrın 15-də "Dalğa Arena"da keçiriləcək görüş saat 18:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi