​"Neftçi" klubu Braziliya "A" Seriyasından futbolçu transfer edib

​"Neftçi" klubu Braziliya "A" Seriyasından futbolçu transfer edib Ailton Silva sabahdan etibarən klubun məşqlərinə qatılacaq
Futbol
23 İyun , 2015 08:49
​Neftçi klubu Braziliya A Seriyasından futbolçu transfer edib

Bakı. 23 iyun. REPORT.AZ/ "Neftçi" futbol klubu yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə 2 transfer edib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son mövsümü "Sumqayıt"da keçirən Məhəmməd Qurbanov və braziliyalı futbolçu Ailton Fereyra Silva heyətə cəlb edilib.

Milli komandanın üzvü M.Qurbanov növbəti 2 ildə "Neftçi"nin uğurları üçün çalışacaq. Futbolçu 14 nömrəli formanı geyinəcək. Klub karyerasına Rusiyada başlamış Qurbanov "Rostov" və "Taqanroq" komandalarının formasını geyinib. Ötən mövsüm isə futbolçu "Sumqayıt" klubunun heyətində meydana çıxıb.

Braziliya "A" Seriyasında mübarizə aparan "Fluminense" klubunda oynamış 20 yaşlı Ailton Silva isə 1 il müddətinə icarəyə götürülüb. Sabahdan etibarən "Neftçi" ilə məşqlərə qatılacaq Ailton 6 nömrəli formanı geyinəcək.

Son xəbərlər

Orphus sistemi