Yuxarı

"Neftçi" ispaniyalı məşqçi ilə müqavilə imzalayıb

Fransisko Navarro yerli futbolçuların yetişdirilməsində və inkişafında böyük təcrübəyə malikdir

Bakı. 21 iyun. REPORT.AZ/ "Neftçi" peşəkar futbol klubu ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə imzalayıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 1989-1994-cü illərdə Qranada Universitetinin "Bədən Tərbiyyəsi və İdman” fakültəsində təhsil almış mütəxəssis 1995/96-cı illər mövsümündə "Rekreativo” klubunda çalışıb. 1999-2002-ci illərdə "Albasete” klubunda fəaliyyət göstərmiş 46 yaşlı məşqçi 2005-2007-ci illərdə "Deportivo”nun uğurları üçün çalışıb. 2007-ci ildə "Atletik” (Bilbao) klubuna gəlmiş F.Navarro 4 mövsüm ardıcıl bu klubda işləyib.

Məlum olduğu kimi, Bilbao təmsilçisinin heyətində hər zaman əsasən yerli futbolçular çıxış ediblər. Az sayda legionerin çıxış etdiyi "Atletik” klubunun futbolçularının əksəriyyəti klubun öz yetirmələri olub. Fiziki hazırlıq üzrə məşqçi F.Navarro ilə müqavilə bağlanarkən də məhz bu amilə xüsusi diqqət yetirilib. İspan mütəxəssis yerli futbolçuların yetişdirilməsində və inkişafında böyük təcrübəyə malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi