"Neftçi" ilk transferini həyata keçirib - RƏSMİ

"Neftçi" ilk transferini həyata keçirib - RƏSMİ Bakı. 11 iyun. REPORT.AZ/ Neftçi” klubu 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.
Futbol
11 İyun , 2018 15:59
Neftçi ilk transferini həyata keçirib - RƏSMİ
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ "Neftçi” klubu 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tural Axundov 1 illik müqaviləyə imza atıb. 29 yaşlı cinah müdafiəçisi 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tural Axundov karyerası ərzində "Muğan” (39 oyun, 3 qol), "Rəvan” (54 oyun), "Simurq” (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən Axundov 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan təcrübəli oyunçu Belarus və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

Son xəbərlər

Orphus sistemi